Bakıda 650 minlik maşında gəzən tələbə kimdir?- - Foto + Yenilənib

bakida-650-minlik-masinda-gezen-telebe-kimdir-
Oxunma sayı: 13921


Bu gün Dövlət İqtisad Univeristetinin yaxınlığında görünən bu avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib.

"Qafqazinfo" avropa.info-ya istinadən xəbər verir ki,  yaxınlıqda olan şəxslər maşının universitetin tələbələrindən birinə aid olduğunu bildiriblər.

"Lambarcini aventador" markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, maşın "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur. 

Xatırladaq ki, bir neçə il əvvəl də "Şərurlu İsfəndiyar" oğlanları ilə gündəmə gəlmişdi. Belə ki, İsfəndiyar Axundovun oğlu Şahin Axundov 2005-ci il dekabrın 18-də şəhərin mərkəzində  dostu Anar İsmayılovun avtomobilinə atəş açmışdı. O, 2007-ci ildə məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum olunub.

***

“Mənim oğlumun elə maşını yoxdur, bu barədə sizdən eşidirəm”.  Bunu isə bizimyol.info saytına açıqlamasında  "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundov deyib. O bildirib ki, internet saytlarında 650 min min dollarlıq  "Lamborghini"  avtomobilnini onun oğluna məxsus olması barədə yazılanlar həqiqətə uyğun deyil. 

Ancaq maraqlıdır ki, Allahverdi Axundov İnstaqram səhifəsində həmin maşının fotosunu paylaşaraq, "My new car, lambo#aventador" haştagından istifadə edib.