Bakıda arvadını öldürüb Gəncədə təslim oldu

bakida-arvadini-oldurub-gencede-teslim-oldu
Oxunma sayı: 1577

Bakıda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Dönməz Cəmşidzadə Gəncə Şəhər Polis İdarəsinə gedərək deyib ki, noyabrın 16-da paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində kirayə yaşadığı evdə arvadı Afərim Mahmudovanı öldürüb.

D.Cəmşidzadə saxlanılaraq Bakıya gətirilib və onun iştirakı ilə hadisə yerinə baxış keçirilib. Evdən A.Mahmudovanın üzərində zorakılıq əlmaətləri olan meyiti yataq otağında aşkar edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Murad Əhməd