Bakıda Avropa çempionu özünü 10-cu mərtəbədən atdı - Foto

bakida-avropa-cempionu-ozunu-10-cu-mertebeden-atdi
Oxunma sayı: 2250

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.

Hadisə 8-ci mikrorayonda Əcəmi Naxçıvani küçəsində yerləşən yeni tikililərin birində qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin Unikal.org-a verdiyi məlumata görə,1997-ci il təvəllüdlü İftixar Taleh oğlu Məhərrəmov anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atıb. 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Yaxınlarının dediklərəinə görə, İ. Məhərrəmov Budo idman növü  üzrə Dünya və Avropa çempionudur.