Bakıda bloqqeri döyən şəxslər saxlanıldı

bakida-bloqqeri-doyen-sexsler-saxlanildi
Oxunma sayı: 5079

Bakı polisi bloqqer Dəyanət Babayevə qarşı fiziki təzyiq göstərək xəsarət yetirən şəxsləri keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsinə müəyyənləşdirib. "Qafqazinfo"nun məlumatına görə, bu barədə D.Babayev sosial şəbəkə hesabında məlumat verib. 

"Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının bayram günlərində həyata keçirdiyi tədbirlər nəticəsində həmin şəxsləri yaxalayaraq,təhqiqat-araşdırmalarına cəlb edib. Hazırda müvafiq polis orqanında araşdırmalar davam etdirilir", - Babayev Feysbukda qeyd edib. 

Dəyanət Babayev

D.Babayevin sözlərinə görə, təzyiqə məruz qalması peşə fəaliyyəti ilə bağlı olmayıb: "Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat verəcəyəm, təzyiqə məruz qalmağım peşə fəaliyyətimlə bağlı deyil, mənə məlum olmayan səbəblərdən yaranan anlaşılmazlıq ucbatından hücuma məruz qalmışam. Bütün bunlar araşdırmanının nəticəsində məlum olacaqdır. Bir daha Azərbaycan Polisinə təşəkkür edirəm".