Bakıda dərzi iş yerində öldü

bakida-derzi-is-yerinde-oldu
Oxunma sayı: 3569

Bakıda dərzi işlədiyi sexdə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Səbail rayonu Nizami küçəsi 84-də yerləşən dərzi sexində baş verib.

Orada işləyən Ucar rayon sakini 1972-ci il təvəllüdlü A.Abdullayevin halı qəfil pisləşib. İlkin tibbi yardım göstərilsə də, 53 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.