Bakıda “Formula 1” konstruksiyaları sökülür, parad gözlənilir - Fotolar

bakida-formula-1-konstruksiyalari-sokulur-parad-gozlenilir
Oxunma sayı: 9243

Bakının Azadlıq meydanında "Formula 1" üçün quraşdırılan konstruksiyalar sökülür.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, artıq fiziki qüvvə bu gündən həmin avadanlıqların söküntüsünə başlayıb və bir ay ərzində Neftçilər prospekti boyunca quraşdırılan konstruksiyaların sökülməsi başa çatdırılacaq.

Əldə edilən məlumata görə, söküntü yekunlaşdıqdan sonra Vətən müharibəsi zamanı zəfər çalmış müzəffər Azərbaycan Ordusunun paradı keçiriləcək.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov