Bakıda İT bacarığı ilə seçilən bacı-qardaş - Video

bakida-it-bacarigi-ile-secilen-baci-qardas
Oxunma sayı: 7935

Dekabrın 26-da "Kod saatı" qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə IV-IX sinif şagirdləri üçün təşkil etdiyi “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin əhəmiyyətindən danışıb və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda gənclərin rəqəmsal bacarıqlara yiyələnməsinin vacibliyini qeyd edib. “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova müsabiqənin məqsədi və layihənin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, 54 şəhər və rayondan 20 000-ə yaxın şagird qeydiyyatdan keçməklə müsabiqənin I mərhələsində iştirak edib.

Seçim mərhələsinin nəticələrinə əsasən 300 şagird finalda yarışıb. Onlardan 100 nəfəri isə regionları təmsil edir. Sonra müsabiqənin bölgələr üzrə aparılmış seçim mərhələsini əks etdirən videoçarx nümayiş etdirilib, eləcə də şagirdlər və onların əl işləri ilə tanışlıq olub.

Belə ki, finalda Bakının 249 nömrəli tam orta məktəbindən olan bacı-qardaş birinci və ikinci yeri tutub. Kodlaşmanı bir-birilərindən öyrəndiklərini deyən məktəblilər gələcəkdə informasiya texnologiyaları sahəsində çalışmaq istədiklərini bildiriblər. 

“Kod saatı” müsabiqəsinin II yerinin qalibi Əkbər Əbilov isə bir müddət əvvəl qəza keçirsə də, qalib olmağı bacarıb.

Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.