Bakıda itkin düşən 14 yaşlı Mədinə tapıldı - Yenilənib

bakida-itkin-dusen-14-yasli-medine-tapildi
Oxunma sayı: 29526

Bakının Nizami rayonunda yaşayan 14 yaşlı Mədinə Məmmədova itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, yeniyetmə qız səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Mədinənin ailəsi onun itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə məlumat verib.

***

Yanvarın 12-də səhər saatlarında itkin düşən 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı tapılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən bildirilib.

14 yaşlı M.Məmmədova ailəsinə təhvil verilib.