Bakıda maşın iki yerə bölündü- - 3 ölü, 1 yaralı+Fotolar+Yenilənib

bakida-masin-iki-yere-bolundu-
Oxunma sayı: 4448


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 

Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb. Avtomobildə olan üç nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə yerində polis əməkdaşları müayinələr aparırlar.

Əlavə məlumat veriləcək.

***

Ağır yol qəzasında xəsarət alan sərnişinin adı məlum olub.

1 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya verilən məlumata görə, Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəricəsində Bülbülə qəsəbəsinin sakini, 1954-cü il təvəllüdlü Səlimov Akif Səlim oğlu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.