Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.
Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
***
Bakı Şəhər İcra Hakimiyyətindən saytımıza verilən məlumata görə, Mərdəkan qəsəbəsi, Safura İbrahimova küçəsində yerləşən 123 saylı orta məktəbin hasarının uçması ilə bağlı hazırda texnika və canlı qüvvə cəlb olunmaqla fəsadlar aradan qaldırılır.
Rayon üzrə xidmət sahələri tərəfindən də işlər görülməkdədir.
Video: APA






Son xəbərlər
Son Xəbərlər