Bakıda məşhur həkimin evini soydular- - 3000 AZN +7500 dollar oğurlandı

bakida-meshur-hekimin-evini-soydular-
Oxunma sayı: 4547


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlanıb. 

Hadisəni törədənlərdən Astara rayon sakini Elvin Əliyev tutulub, digəri Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanan qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.

Murad Əhməd