Bakıda poliklinikanın qapısı sındırıldı - Video

bakida-poliklinikanin-qapisi-sindirildi
Oxunma sayı: 6332

Sosial şəbəkələrdə poliklinikaların birində peyvənd saatı bitməmiş qapıların bağlanması ilə bağlı video yayılıb. Həmçinin görüntülərdə poliklinikanın qapısının şüşələrinin sındırıldığı, növbə gözləyənlərin isə sınmış qapıdan içəri daxil olduğu görünür.

“Qafqazinfo” məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, hadisə axşam saat 18:40 radələrində baş verib: “Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. 

Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub”.