Bakıda səs rejissoru özünü asdı

bakida-ses-rejissoru-ozunu-asdi
Oxunma sayı: 9859

Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrayonda qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Zeynalov Namiq Piri oğlu yaşadığı evdə özünü asıb.

O, yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, N.Zeynalov səs studiyasının sahibidir. O, uzun illərdir səs rejissoru kimi fəaliyyət göstərir.