Bakıda tanınmış məktəbin direktoru işdən çıxarıldı

bakida-taninmis-mektebin-direktoru-isden-cixarildi
Oxunma sayı: 8297

Bakıda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru işdən çıxarılıb.

“Qafqazinfo” “Teleqraf”a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva direktor vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Ağayeva bu vəzifəyə 2020-ci ilin iyul ayında təyin olunmuşdu.

O, əvvəl 214 nömrəli tam orta məktəbin direktoru olub.