Bakıda tələbə qızın başını bacısı kəsibmiş- - "Cinsi azlıqları evə gətirirdi"+Yenilənib

bakida-telebe-qizin-basini-bacisi-kesibmis-
Oxunma sayı: 10511


Başı kəsilən 20 yaşlı tələbə Günel Nuriyevanın qatili məlum olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Güneli bacısı 19 yaşlı Pərvanə öldürüb və o artıq saxlanılıb. 

Pərvanə yuxuda vergi aldığını bildirib və bu işi yuxuda gördüyü üçün etdiyini qeyd edib.

Xatırladaq ki, hadisə dünən Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı tələbə Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılmışdı. 

***

Anspress-in məlumatına görə, qızların atası Etibar Nuriyev tanınmış biznesmendir.

Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir. 

Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.

***

Lent.az-ın məlumatına görə, P.Nuriyeva ilkin ifadəsində bildirib ki, bacısının cinsi azlıq nümayəndəsi olmasından şübhələnib və onun evə digər qızları gətirməsinə etiraz edib. O, kiçik bacısından bu əməllərinə son qoymasını tələb edib. Lakin musiqi məktəbinin piano sinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb. Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.

***

Bakı şəhər Baş Polis İdarəsi də dəhşətli hadisə ilə bağlı məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, Oktyabrın 22-də saat 16-ı radələrində Xətayi rayon ərazisində yaşamış 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlaəmətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq eskpertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G.Nuriyeva ilə eyni ünvanda yaşayankiçik bacısı 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir