Bu dəqiqələrdə Bakının Nərimanov rayonunda yaşayış evi yanır.
"Qafqazinfo" xəbər verir ki, hadisə Azərbaycan Təfəkkür Universiteti ilə üz-üzə olan küçədə qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Havanın küləkli olması yanğının qarşısını almağa çətinlik yaradır.
***
Yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb.