Bakıdan Göyçaya “Prado” qaçırdı

bakidan-goycaya-prado-qacirdi
Oxunma sayı: 1686

Polisə müraciət edən Bakı şəhər sakini A.Məmmədxanlı R.Məmmədov küçəsindən “Toyota Prado” markalı avtomobilinin qaçırıldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 18-də qeydə alınıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini H.İsmayılov Göyçay rayonu ərazisində saxlanılıb.