Bakının bu ərazisində ağaclar gecə ilə məhv edilir? - Açıqlama+Video

bakinin-bu-erazisinde-agaclar-gece-ile-mehv-edilir
Oxunma sayı: 3695

Bakının Yasamal rayonu, A.Mirzə Şərifzadə küçəsində (“Azon” zavodunun ərazisində) ağacların qırılması ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Sakinlərin “Qafqazinfo”ya bildirdiklərinə görə, sözügedən ünvanda iri şam ağacları məhv edilir.

İddia olunur ki, ağacların qırılması ərazidəki tikinti işləri ilə əlaqədardır. Məlumata görə, artıq bir neçə aydır, ağaclar gecə saatlarında xüsusi texnika vasitəsilə kökündən çıxarılır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, məsələdən xəbərdardırlar: “Hazırda nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırmalara başlanılıb”.

Gülnar Əliyeva