Bakının daha bir küçəsi bağlanır - Yenilənib

bakinin-daha-bir-kucesi-baglanir
Oxunma sayı: 3177

Bu gündən etibarən Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə xəbərdarlıq edib. 

Bildirilib ki, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi” istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir.

***

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də məlumat yayıb. Bildirilib ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 28-dən Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi”nədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudiyyətlə əlaqədar 29 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti alternativ olaraq Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə və Akim Abbasov küçələri ilə təşkil ediləcək.