Bakının harasında kamera var?

bakinin-harasinda-kamera-var
Oxunma sayı: 2152


“ Qafqazinfo” xəbər verir ki, NİİM bu barədə videoçarx hazırlayıb. Videoçarxda bildirilir ki, İntellektual Nəqliyyat Sistemi layihəsi çərçivəsində  paytaxtda 60 ədəd müşahidə kamerası quraşdırılıb. Bu kameralar əsasən şəhərin böyük küçə və prospektlərində, xüsusi əhəmiyyətli yol kəsişmələrində yerləşdirilib. Eyni zamanda layihə çərçivəsində 326 ədəd videoaşkarlayıcı kameralar quraşdırılıb. 48 ədəd elektron informasiya tablosu quraşdırılıb. Avtobuslarda quraşdırılması nəzərdə tutulan 2100 ədəd bort avadanlığından 1900- ü ədədi artıq quraşdırılıb. Dayanacaqlarda avtobusların gəlişi ilə  bağlı məlumatı sərnişinlərə çatdırmaq üçün 664 ədəd avadanlıq təyinatı üzrə müvafiq yerlərdə quraşdırılıb.  Qanunsuz  parklamağa qarşı 44 kamera quraşdırılıb. 

Günel