“Bakıya gələndə başqa cür nəfəs almağa başlayıram”

bakiya-gelende-basqa-cur-nefes-almaga-baslayiram
Oxunma sayı: 3919

Rusiyanın Xalq artisti Emmanuil Vitorqan “Baku” jurnalına müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, 82 yaşlı sənətkar doğulduğu Bakı şəhəri haqda bunları deyib:

“Mən dünyaya gətirildiyim şəhər haqda nə deyə bilərəm... Orada az yaşadım, cəmi üç il. Həmin şəhəri, təbii ki, xatırlamıram...”.

Vitorqan bildirib ki, Bakıya hər zaman doğma hissi olub: “Əvvəlcə bunu hiss etmirdim, amma bu gün mənə elə gəlir ki, elə bil bütün ömrümü Bakıda yaşamışam. Və hər səfərimizdə biz xanımımla böyük zövq alırıq – ünsiyyətdən, təmizlikdən, binalar və yollardan”.

Xalq artistinin sözlərinə görə, o, keçmiş SSRİ-nin, demək olar, bütün şəhərlərində olub, amma Bakı kimisini görməyib: “Bir sözlə, bu gün Bakı mənim üçün Vətəndir. Böyük danışdığıma görə bağışlayın. Mən Bakıya gəlirəm və başqa cür nəfəs almağa başlayıram”.

Qeyd edək ki, E. Vitorqan 1939-cu il dekabrın 27-də Bakıda anadan olub. Xalq artisti ailəlidir, 4 övladı var.