Məşhur “Balaxanı zibilliyi”ndən artıq əsər əlamət qalmayıb.
“Qafqazinfo” xəbər verir ki, hazırda Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu olan ərazi əvvəllər tullantıların atıldığı, üfunətindən, alovlananda tüstüsündən bir neçə kilometr aralıdan keçmək mümkün olmayan bir yer idi. Amma bu gün həmin zibillikdən əsər-əlamət qalmayıb. Ərazi yaşıllıq, ağaclıq sahəyə çevrilib, əhalinin zibilindən isə təkrar emal olunaraq xammal yaxud enerji alınır.
“Təmiz Şəhər” ASC-nin mətbuat katibi Vüqar Baba ərazidə yaşıllıq zolağının salınması məqsədilə hər il ağacəkmə kampaniyalarının da təşkil olunduğunu bildirib.
Günel Hacı



Son xəbərlər
Son Xəbərlər