BANM əməkdaşlarının COVID-19 test nəticələri neqativ çıxıb

banm-emekdaslarinin-covid-19-test-neticeleri-neqativ-cixib
Oxunma sayı: 1087

Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları arasında koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticələri neqativ çıxıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Ali Məktəbin əməkdaşlarında virusa yoluxma halı qeydə alınmayıb. 

Müəssisə daxilində virusla mübarizə tədbirləri çərçivəsində sanitar epidemioloji normalara və daxili normativ sənədlərlə müəyyən edilmiş qaydalara qeyd-şərtsiz olaraq tam əməl olunur. 

Baş verə biləcək risklərin, eləcə də infeksiyanın yayılmasının qarşısını almaq üçün, dezinfeksiyaedici məhlullardan və tibbi maskalardan istifadə, ara məsafəsinin saxlanması (ən azı 2 metr) da daxil olmaqla digər müəyyən olunmuş tədbirlərə nəzarət edilir.