“Baron Şəmi”nin heroinləri belə tapıldı - Xüsusi əməliyyat videosu

baron-seminin-heroinleri-bele-tapildi
Oxunma sayı: 10642

Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan “Baron Şəmi” ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Əvvəllər 6 dəfə məhkum olunmuş “Baron Şəmi”nin evinin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.

“Qafqazinfo” ans press-ə istinadən keçirilən xüsusi əməliyyatın görüntülərini təqdim edir: