Arzum “Milyonların arzusu”nu reallaşdırdı - Fotosessiya

arzum-milyonlarin-arzusunu-reallasdirdi-fotosessiya
Oxunma sayı: 1100

Müğənni Arzum köhnə ilin son günlərində yeni albomunu dinləyicilərin ixtiyarına verib. “Milyonların arzusu” albomunu onu sevənlər üçün əsl bayram hədiyyəsi adlandırmaq olar. Bu barədə “Qafqazinfo”ya məlumat verən sənətçi bildirib ki, diskdə artıq populyarlaşmış mahnılarla yanaşı yeni musiqilər də yer alıb.

“Yana-yana kül oldum” mahnısına musiqi çarxı çəkdirən Arzum sujet xətti olan kliplərə üstünlük vermədiyini də açıqlayıb. “Son illər dünya təcrübəsinə nəzər salsaq görərik ki, sujet xətti olan, seriala bənzər kliplər artıq gündəmdə deyil. Daha çox musiqi çarxı formatında ekranlaşdırılan kliplərə maraq var. Fikrimcə, klipdə diqqət ifaçıya və mahnıya yönəlməlidir. Əlavə vasitələrin çox olması fikri yayındırır. Ümumiyyətlə, ən yaxşı gözəllik sadəlikdir. Son işimdə də bunu göstərməyə çalışdım”.

Qeyd edək ki, bu yaxınlarda Türkiyədən qayıdan sənətçi yeni ilin ilk günlərində sözügedən səfərlə bağlı ətraflı mətbuata açıqlama verəcək. Hələlik isə onu deyə bilərik ki, işgüzar səfər zamanı müğənni sənətində ilkə imza atıb.

Video BURADA

Nigar Məmmədli