Baş həkim işdən çıxarıldı

bas-hekim-isden-cixarildi
Oxunma sayı: 10232

Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov tutduğu vəzifədən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, baş həkimlə başa çatan əmək müqaviləsinin müddəti yenilənməyib.

Qeyd edək ki, Elçin Bilalov bu vəzifəyə 2016-cı ildə təyin olunmuşdu. O, bu postda Famil Zeynalovu əvəzləmişdi.

E.Bilalov vaxtilə Göyçayda fəaliyyət göstərən “Təbabət” klinikasının rəhbəri olub.