Baş məşqçi futbolçusu ilə sevgili olduğu üçün istefaya göndərildi

bas-mesqci-futbolcusu-ile-sevgili-oldugu-ucun-istefaya-gonderildi
Oxunma sayı: 4975

“Lester”in qadınlardan ibarət komandasının baş məşqçisi Villi Kirk istefaya göndərilib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb çalışdırıcının komandanın futbolçularından biri ilə münasibət yaşaması olub. 

Şotlandiyalı mütəxəssis davranış kodeksini pozmaqla günahlandırılıb.

Komanda müvəqqəti olaraq Villi Kirkin köməkçisi Ceniffer Fosterə tapşırılıb. 

Qeyd edək ki, Villi Kirk 2022-ci ilin yayından “Lester”i çalışdırırdı.