Baş nazirin əvəzinə səhvən köməkçisini öpdü - Video

bas-nazirin-evezine-sehven-komekcisini-opdu
Oxunma sayı: 5782

Livanın Baş naziri Nacib Mikati ölkəyə səfərə gələn italiyalı həmkarı Girogia Melonini köməkçisi ilə səhv salıb.

“Qafqazinfo” “The National”a istinadən xəbər verir ki, hadisə İtaliya nümayəndə heyətinin Beyruta rəsmi səfəri zamanı baş verib.

Belə ki, Mikati italiyalı həmkarını qarşılamaq üçün Beyrut hava limanına gəlib. Bu zaman təyyarədən Melonidən əvvəl onun köməkçisi Patrizia Scurti enib. Livanın Baş naziri onu Meloni zənn edərək qucaqlayıb və öpüb.

Bunun ardınca N. Mikati yol verdiyi səhvlə bağlı məlumatlandırılıb. O, bir neçə dəqiqə sonra təyyarədən edən Melonini eyni qaydada qarşılayıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.