Bayden yenidən səlahiyyətlərinin icrasına başladı - Yenilənib

bayden-yeniden-selahiyyetlerinin-icrasina-basladi
Oxunma sayı: 4320

ABŞ Prezidenti Co Baydenin səlahiyyətləri müvəqqəti olaraq vitse-prezident Kamala Harrisə keçəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki yaydığı bəyanatda bildirib. Buna səbəb Baydenin səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilməsidir. Psakinin sözlərinə görə, Bayden Uolter Rid tibb mərkəzində kolonoskopiyadan keçəcək.

O, anesteziyanın təsiri altında olduğu müddətdə Harris ABŞ prezidenti səlahiyyətlərini icra edəcək. O, həmçinin qeyd edib ki, tibbi müayinədən sonra Amerika liderinin səhhəti ilə bağlı hesabat dərc olunacaq.

***

ABŞ Prezidenti Cozef Bayden yenidən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

Psaki Baydenin əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib.

"O, müayinəsinin qalan hissəsi üçün Uolter Rid Tibb Mərkəzində qalacaq", - C.Psaki qeyd edib.