Baydenə kömək edən tərcüməçi Əfqanıstandan təxliyyə olundu

baydene-komek-eden-tercumeci-efqanistandan-texliyye-olundu
Oxunma sayı: 1251

 13 il əvvəl qar fırtınası zamanı keçmiş senator Co Baydenə kömək edən tərcüməçi Aman Xəlili Əfqanıstanı tərk edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Xəlili bir aydan çoxdur ki, Əfqanıstanda taliblərdən gizlənirdi. Tərcüməçi ailəsi ilə birlikdə quru yolla əvvəlcə Pakistana keçib, oradan isə amerikalı veteranların köməyi ilə “gizli əməliyyat”la yola salınıb.

Xatırladaq ki, Xəlili ABŞ ordusunun Əfqanıstanda təxliyyə əməliyyatı zamanı Kabil hava limanından çıxa bilməmişdi. Bu isə mediada Baydenin onun xidmətlərini unutması kimi qələmə alınmışdı. Ağ Ev isə açıqlamasında Xəlilini unutmadıqlarını və tezliklə təxliyyə olunacağını bildirmişdi.

Həmçinin oxuyun: ABŞ Baydeni xilas edən tərcüməçini Əfqanıstanda qoydu