Bayramov Lavrova başsağlığı verdi

bayramov-lavrova-bassagligi-verdi
Oxunma sayı: 1576

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, telefon danışığı zamanı Ceyhun Bayramov martın 22-si Moskva şəhərində yerləşən “Crocus City Hall” mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.

Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi vurğulanıb.