Belarus televiziasından şok mitinq iddiası

<b>Belarus televiziasından şok mitinq iddiası</b>
Oxunma sayı: 315

“Qafqazinfo”nun məlumatına görə, televizya Saxarov prospektində müxalifətin təşkil etdyi mitinqdə bir neçə yüz insanın iştirak etdiyini deyib. Telekanal bu xəbəri “təsdiqləyən” videoçarx da nümayiş etdirib.

Belarus televiziyasının iddiasına görə, mitinqdən əvvəl müxalifət qüvvələri arasında parçalanma baş verib. Xəbərdə qeyd olunur ki, müxalifət liderləri “etiraz aksiyası keçirmək üçün pulların bölünməsində” bir-birilərni ittiham ediblər. Bundan əlavə, telekanal mitinqin gedişində də “partiyadaxili münaqişənin” davam etdiyini elan edib.

Sonra video-çarxda danışan 1991-1993 ildə Rusiya parlamentinin sədri olmuş Ruslan Xasbulatov bildirib ki, polislər mitinqə toplaşanları dağıtmalı idi.

Rusiyanın Daxili İşlər Nazirliyi Moskva şəhərinin Saxarov prospektində “Azad seçkilər” şüarı ilə dekabrın 24-də təşkil olunmuş mitinqdə 29 min nəfərin iştirak etdiyini bəyan edib. Müxalifət partiyaları isə mitinqçilərini sayının 120 mindən artıq olduğunu açıqalyıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi