DAK-dan daha bir sərt Səftər Rəhimli açıqlaması

dak-dan-daha-bir-sert-sefter-rehimli-aciqlamasi-
Oxunma sayı: 1183

Bu barədə DAK Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir. Məlumata görə, bu sərəncamı S. Rəhimli nədənsə birmənalı qarşılamayıb və DAK İdarə Heyətinin adından yalan məlumat yaymaqla növbədənkənar qurultayın çağırılması üçün Təşkilat Komitəsinin yarandığını və DAK həmsədrlərinin səlahiyyətlərinin dondurulduğunu elan edib.

Məlumatda qeyd olunub ki, DAK İH iclasında M.Fətiyev, O.Hüseynov, B.Həqqi, F.Quluzadə, H.Vüsubi, B.Tağıyev və S. Rəhimli iştirak edib.

Qeyd edək ki, DAK Nizamnaməsinin 5.2 bəndində göstərilir: «İdarə Heyəti 17 nəfərdən ibarətdir».

DAK-ın 2010-cu il dekabrında baş tutan növbəti qurultayında İdarə Heyətinə Nizamnaməyə əsasən 17 nəfər üzv seçilib. Lakin DAK İH-nin 2011-ci ilin fevralın 27-də Türkiyənin Ankara şəhərində keçirilən toplantısında NTK-nın təqdimatı ilə B.Həqqi və F.Quluzadənin səsvermə səlahiyyətləri dondurulmuşdur. Belə ki, F.Quluzadə DAK-ın xərclənən maliyyə vəsaiti barədə İH və NTK-ya heç bir hesabat verməmiş və bütün koordinatlarını dəyişmişdir, göndərilən sorğuları cavablandırmamışdır, B.Həqqi isə Nizamnaməyə uyğun olmayan bir sıra hərəkətlərə yol vermişdir.

Hazırda İH-in 17 üzvündən 15-i aktiv fəaliyyətdədir.

DAK Nizamnaməsinin 5.4 bəndinə əsasən, «üzvlərinin ən azı 3/2-si iştirak etdikdə İdarə Heyətinin yığıncağı səlahiyyətlidir». Göründüyü kimi, İH iclasının səlahiyyətli olması üçün ən azı 11 üzvün iştirakı zəruridir.

Nizamnamənin 5.5-ci bəndində göstərilir ki, mühüm qərarlar – «DAK həmsədrlərinin seçilməsi və onların vəzifədən azad edilməsi, növbədənkənar qurultayın çağırılması» üçün qərarlar «İH-in səlahiyyətli yığıncağının 3/2-sinin səs çoxluğu ilə qəbul olunmalıdır».

Bu maddələr bir daha sübut edir ki, S.Rəhimlinin İH-nin 7 üzvünün adından yaydığı müraciət tamamilə Nizamnamə pozuntusudur.

Digər tərəfdən, nəzərə alaq ki, bu 7 üzvün yalnız 5-nin səsvermə hüququ vardır. DAK mətbuat xidməti olaraq İH-nin iclasda adı keçən üzvləri ilə əlaqə saxlamağa çalışdıq. Məlum oldu ki, iclas ümumiyyətlə keçirilməyib, adı çəkilən üzvlərin bəziləri ilə M.Fətiyev telefonla danışıb (Faktı dəqiqləşdirmək üçün M.Fətiyevlə əlaqə yarada bilməmişik). Hətta iclasın katibi kimi göstərilən Oqtay Hüseynov bildirdi ki, nəinki iclasda iştirak etməyib, həm də belə bir qərardan xəbərsizdir.

Qeyd edək ki, bu məsələləri Nəzarət Təftiş Komissiyası araşdırır və Nizamnamə pozuntusu barədə faktlar İH-nin növbəti toplantısına təqdim olunacaq.