Əhəd Abıyevdən reaksiya gəldi

ehed-abiyevden-reaksiya-geldi
Oxunma sayı: 989

“Qafqazinfo”ya zəng edən icra başçısı bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. O, bildirib ki, M. Əliyev 9 ay əvvəl öz ərizəsi ilə işdən çıxıb. Ə. Abıyev onun işdən çıxmasının səbəbinin 25 il xidmət etməsi və həmçinin rayondakı soyuq hava şəraitinə uyğunlaşa bilməməsi ilə əlaqələndirib: “Ona görə də bu yazılanlar doğru deyil. Biz burada prezidentin tapşırıqlarını yerinə yetiririk, öz işimizi görürük. Doqquz ay əvvəl işdən çıxmış şəxslə bağlı indi şişirdilmiş və başqa formada material hazırlayıb təqdim etməyi mən başa düşə bilmirəm. Ümumiyyətlə isə bu xəbərin mənimlə əlaqələndirilməsi, adamın bu yazılarda hallandırılması başadüşülən deyil”.

Xatırladaq ki, Azadlıq qəzetinin yaydığı məlumatda bildirilir ki, Müqdüləli Əliyev rayondakı kolxoz bazarının müdiri İsmayıl Abdıyevin şikayəti əsasında saxlanılıb. Mənbə bildirib ki, hüquq şöbəsinin müdiri bazar sahibindən 50 min manat pul tələb edibmiş. İsmayıl Abdıyev bu barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. İsmayıl Abdıyev pul almaq üçün təyin yerdə (Gəncədə aeroport yolunda) tələb etdiyi məbləği İsmayıl Abdıyevdən alarkən cinayət başında yaxalanıb.