Bekhemin şirkətinin külli miqdarda borcu var

bekhemin-sirketinin-kulli-miqdarda-borcu-var
Oxunma sayı: 1683

İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhemin həyat yoldaşı, müğənni və dizayner Viktoriya Bekhemin geyim brendinin 65 milyon dollardan çox borcu var.

Bu barədə “Qafqazinfo” “Mirror” nəşrinə istinadən xəbər verir.

Hələ ötən il auditorlar bildirirdi ki, ulduzun şirkəti bankrot olmaq astanasındadır. O vaxt onun borcu 55 milyon dollardan çox idi.

Bu il rəqəm böyüyüb. Bunu Viktoriyanın rəsmi nümayəndəsi də təsdiq edib. Ulduz ümumi məbləğin 35 milyonunu Bekhem ailəsinin digər müəssisələrinə borcludur.