Belarusda daha 2 min nəfər saxlanıldı

belarusda-daha-2-min-nefer-saxlanildi
Oxunma sayı: 2205

Belarusda seçkisonrası etirazlarda ötən sutka ərzində 2 000-dən çox insan saxlanılıb. “Qafqazinfo” bildirir ki, bu barədə “BelTA” Daxili İşlər Nazirliyinin nümayəndəsi Olqa Çemodanovaya istinadən xəbər verib.

Etirazçıların hərəkətlərindən 21 milis və Daxili Qoşunların hərbi qulluqçusu zərər çəkib, onlardan beşi xəstəxanaya yerləşdirilib.

“TASS” yazır ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, ölkədəki iğtişaşlar zamanı 200-dən çox insan zərər çəkib. Onlar stasionara yerləşdirilib, hamısına lazımi kömək göstərilib. Qurum bir nəfərin təcili tibbi yardım həkimlərinin ona baxış keçirməsinə qədər həyatını itirdiyini də açıqlayıb.