“Belə hal baş versə, canlı aləmin 20-30 faizi məhv olar”

bele-hal-bas-verse-canli-alemin-20-30-faizi-mehv-olar
Oxunma sayı: 3598

“İqlim dəyişmələrinin qarşısının alınmasının əsas istiqamətlərindən biri istixana qazları emissiyalarının azaldılmasıdır. Məsələn, energetika sektorunda alternativ və bərpa olunan enerji mənbələrinə keçsək, bu sektorda emissiyaların qarşısı alınacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq Əməkdaşlıq və İqlim dəyişmələri şöbəsinin müdiri Fuad Hümbətov deyib.

Onun sözlərinə görə, məsələn, kənd təsərrüfatı ilə bağlı orta temperaturun artması onu göstərir ki, yeni quraqlığadavamlı bitki növləri yetişdirilməli, iqlim cəhətdən ağıllı texnologiyalar tətbiq olunmalıdır: “2100-cü ilə qədər temperatur sənayeləşmə dövrü ilə müqayisədə 3 dərəcə artsa, canlı aləmin 20-30 faizi məhv olar. Dünyada hazırda təxminən 60 milyard ton karbon dioksidi ekvivalentində istixana qazı atılır. Bu o vaxt ola bilər ki, 2030-cu ilə qədər atılan emissiyanın miqdarı hazırkı 4.8 trilyon tonu keçsə, 1.5 dərəcə C-dən daha artıq istiləşmə baş verəcəkdir”.

Gülnar Əliyeva