“Əməliyyatlar başlasa, bu, uzunmüddətli müharibə olacaq”

emeliyyatlar-baslasa-bu-uzunmuddetli-muharibe-olacaq-
Oxunma sayı: 640

“Qafqazinfo”nun “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Böhran Qrupunun bəyanatında deyilir. Beynəlxalq Böhran Qrupunun analitiki Sabina Freyzerin sözlərinə görə, Azərbaycan və Ermənistan tərəfindən atəşkəs xəttində zəif nəzarət həyata keçirilir. O bildirib ki, demək olar ki, heç bir beynəlxalq nəzarət yoxdur.

S.Freyzer qeyd edib ki, irimiqyaslı hərbi əməliyyatlar tərəflərin cavab reaksiyaları nəticəsində gözlənilmədən alışa bilər: “Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında neft istehsalının həcminə görə üçüncü yerdədir. Silah alınması üçün əhəmiyyətli dərəcədə vəsait ayırıb, həmçinin də İsrailə. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, əgər ABŞ, Fransa və Rusiyanın vasitəçiliyi ilə aparılan sülh danışıqları nəticə verməsə, Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarəti bərpa etmək üçün hərbi gücdən istifadə etmək hüququnu özündə saxlayır”.

Freyzerin sözlərinə görə, nə Azərbaycan, nə də Ermənistan qısamüddətli perspektivdə total hərbi əməliyyatlar planlaşdırmır: “Əgər genişmiqyası hərbi əməliyyatlar yenilənsə, bu, uzunmüddətli müharibə olacaq. Belə ki, tərəflərdən heç biri digəri üzərində böyük üstünlüyə malik deyil”.

Freyzer həmçinin bu məsələdə Rusiya və Türkiyənin də hansı reaksiya verəcəyinin aydın olmadığını vurğulayıb: “Rusiya Ermənistanda, Gümrüdə hərbi bazaya malikdir və Ermənistana hərbi məsələlərdə yardım etməlidir, belə ki, hər ikisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Azərbaycan isə Türkiyə ilə sıx etnik, siyasi və iqtisadi əlaqələrə malikdir”.

Analitik onu da əlavə edib ki, gələcəkdə münaqişənin danışıqlar yolu ilə həlli “tutqun” görünür, çünki hər iki ölkədə növbəti il seçkilər baş tutacaq.

Səidə