“Benfika” ilə oyunlarda meydana çıxmayacaq

benfika-ile-oyunlarda-meydana-cixmayacaq
Oxunma sayı: 543

“Real”ın futbolçusu Rodriqo “Benfika”ya qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin hər iki oyununda iştirak etməyəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna 25 yaşlı vingerin Liqa mərhələsinin XVIII turunda rəqibə uduzduqları matçda (2:4) ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.

UEFA braziliyalı oyunçunu hakimlərin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə 2 oyunluq diskvalifikasiya etmək qərarına gəlib.

Xatırladaq ki, oyunlar 17 və 25 fevralda baş tutacaq. “Real”ın digər futbolçusu Cud Bellinqem zədə səbəbindən bu matçlarda meydana çıxmayacaq.