Bərdədə ər arvadını bıçaqladı

berdede-er-arvadini-bicaqladi
Oxunma sayı: 2674

Bərdədə ər arvadına 4 bıçaq zərbəsi vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1980-ci il təvəllüdlü Zeynalov Vüqar Musa oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-cı il təvəllüdlü Zeynalova Aytən Sovqat qızına dörd bıçaq zərbəsi vurub.

Yaralı ailə üzvləri tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli