Gənc aktrisa Beren Saat 26 fevral 1984-cü ildə Ankarada doğulub. Atası keçmiş futbolçu olub.
Ailənin yeganə övladı olan Beren Başkent Universitetinin İdarəetmə fakültəsində təhsil alarkən “Türkiyənin Yıldızları” adlı yarışmaya qatılır və yarışmanın ikincisi olur. Bundan sonra serial və film kariyerasında ulduzu parlayan gənc oyuncu bir-birinin ardınca baş rollara dəvət alır. “Aşka sürgün” serialı ilə sevilən Beren ardınca çəkildiyi “Aşkı memnu” serialı ilə daha da məşhurlaşır.
Hazırda baş rolunu oynadığı “Fatmagülün suçu ne?” onun ən izlənən seriallarındandır.
Qeyd edək ki, B. Saat eşq macəraları ilə dəfələrlə gündəmə gəlib. Belə ki, yarışmaya qatıldığı dövrdə onu dəstəkləyən Efe adlı sevgilisini avtomobil qəzasında itirən Beren ardınca bir neçə sevgili dəyişib. Onun aktyor Bülent İnalla və özündən yaşca böyük rejissor Levent Semerçi ilə münasibətləri olub. Beren hazırda fransız sevgilisi Cesarla eşq yaşayır.
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər
.jpg)