Berlində Zelenski, Uitkoff və Mertsin görüşü olub - Yenilənib

berlinde-zelenski-uitkoff-ve-mertsin-gorusu-olub
Oxunma sayı: 801

Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner ilə görüşə başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin sülh planı görüşün əsas mövzusudur.

Görüşdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Almaniya kansleri Fridrix Merts də iştirak edirlər.

***

Almaniya Kansleri Fridrix Merts görüşü salamlama nitqindən sonra tərk edib.

Mertsin köməkçisi Günter Sautter danışıqlarda iştirak edir. Kanslerin görüşdən çıxmasının səbəbi açıqlanmayıb.

***

Berlində Amerika və Ukrayna nümayəndə heyətləri arasında beş saatdan çox davam edən görüş başa çatıb.

Zelenski danışıqların gedişatı ilə bağlı növbəti raund başa çatdıqda şərh vermək niyyətindədir.

Danışıqlar 15 dekabrda davam edəcək.