Berti Foqtsun yeni maaşı nə qədər olacaq?

berti-foqtsun-yeni-maasi-ne-qeder-olacaq
Oxunma sayı: 2629


“Qafqazinfo” xəbər verir ki, yeni müqaviləyə əsasən Foqtsun qarşısında bu dəfə daha ciddi şərtlər qoyulub. Belə ki, o, ayın ən az 21 gününü Azərbaycanda keçirməli və Topaz Premyer Liqasının olyunlarını izləməyi adət halına gətirməlidir. Müqavilənin biz jurnalistlərə və ictimaiyyətə maraqlı olan digər tərəfi isə onun yeni qaydalara əsasən nə qədər maaş alacağı ilə bağlıdır. Məsələni araşdırmağa çalışsaq da, AFFA rəsmiləri ya qabaqcadan verəcəyimiz sualı bildikləri üçün, ya da sadəcə adətləri üzrə telefon zənglərinə cavab verməmək prinsipini üstün tutublar.

Qeyd edək ki, Berti Foqts bu vaxta qədər aylıq 94 min avro qazanırdı. Başqa etibarlı mənbələrdən aldığımız məlumata görə Foqts əvvəlki maaşında endrimə gedib və aylıq 80 min avroya razılıq verib.


İqbal