Beş ay reanimasiyada qalan müəllim vəfat etdi

bes-ay-reanimasiyada-qalan-muellim-vefat-etdi
Oxunma sayı: 3808

5 ay əvvəl Ordubad rayonunda ağır qəzada xəsarət alan müəllim Tağıyeva Əsmər Baxşəli qızı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilir ki, o, martın 20-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. İki azyaşlı övladı olan müəllim 6 aya yaxın xəstəxananın reanimasiya şöbəsində müalicə olunub.

Qeyd edək ki, Ə. Tağıyeva Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi idi.