“Beşiktaş” “Bayer”in futbolçusuna təklif göndərdi

besiktas-bayerin-futbolcusuna-teklif-gonderdi
Oxunma sayı: 2373

Türkiyənin “Beşiktaş” klubu “Bayer”in (Leverkuzen) futbolçusu Patrik Şik üçün təklif göndərib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi mövsüm sonunda Vinsent Abubakarla yolları ayıracağı üçün hücum xəttini gücləndirmək qərarına gəlib.

“Qara qartallar” “Bayer”in futbolçusu Patrik Şik üçün təklif göndərsələr də məğlubiyyətsiz mövsüm keçirən Almaniya nəhəngi təklifi qəbul etməyib.

Xatırladaq ki, “Beşiktaş”ın daha öncə “Qarabağ”ın forvardı Olavio Juninyo ilə də maraqlandığı deyilmişdi.