“Beşiktaş” prezidenti ilə jurnalist arasında gərgin anlar - Video

besiktas-prezidenti-ile-jurnalist-arasinda-gergin-anlar
Oxunma sayı: 1631

“Beşiktaş”ın yeni baş məşqçisi Fernando Santosun təqdimat mərasimində gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisinin yeni rəhbəri Hasan Arat jurnalist Gökhan Dinçin portuqaliyalı mütəxəssislə anlaşmanın detalları ilə bağlı sualına cavab verməyib.

Klub prezidenti həmçinin bildirib ki, bundan sonra bağladıqları müqavilələrin detallarını açıqlamayacaqlar: “Artıq jurnalistlər də diqqətli olmalıdır”.

Onun cavabı Gökhan Dinçin etirazına səbəb olub və jurnalist mətbuat konfransı zalını tərk edib.