Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində dahi liderin əziz xatirəsinə ehtiram olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində əkilən hər ağac Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və xalqına olan sevgisinin rəmzi olaraq yetişəcək və gələcək nəsillərə dəyərli miras qoyacaq.
Eyni zamanda bu təşəbbüs, yaşıllıq sahələrinin azalmasının yaratdığı ekoloji təhlükələrin qarşısını almağa, ağac əkilməsini təşviq etməyə və ətraf mühitin qorunmasına mühüm töhfə verəcək.
Çünki, Azərbaycanın müasir inkişaf yolunun banisi, xalqımızın dərin ehtiram və sevgisini qazanmış Ulu Öndər Heydər Əliyevin xatirəsi Beyləqanda yüksək sədaqətlə yad edilir. Onun uzaqgörən dövlətçilik siyasəti, milli maraqlara sadiqliyi və ölkəmizin hərtərəfli tərəqqisinə verdiyi töhfələr bu gün də xalqımız üçün örnəkdir.









Son xəbərlər
Son Xəbərlər