Beyləqanda körpə doğuşdan sonra öldü - Yenilənib

beyleqanda-korpe-dogusdan-sonra-oldu
Oxunma sayı: 363

Beyləqanda doğuşdan sonra körpə ölümü qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Birinci Şahsevən kənd sakini 1996-cı il təvəllüdlü Ülviyyə Musa qızı Əliyeva 39 həftəlik hamiləlik sanıcısı ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Doğuş prosesi normal keçsə də, körpə (oğlan) sonradan ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Beyləqan Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, fevralın 8-i saat 10:00 radələrində 1996-cı il təvəllüdlü hamilə xəstəxanaya hospitalizasiya olunub: “Hamiləliyinin 39-cu həftəsində olan pasiyentə təbii doğuş prosesi icra edilib.

Körpənin (kişi) çəkisi 4100 qr, boyu 53 sm olub. Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmazlığı diaqnozu təyin olunub. Aparılan reanimasiyon tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq fevralın 9-u saat 12:00 radələrində yenidoğulmuşun bioloji ölüm faktı qeydə alınıb.

Hadisə ilə bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır”.

Ziya Əmirxanlı