Beyləqanda qəzaya düşənlər hərbçidir - Yenilənib

beyleqanda-qezaya-dusenler-herbcidir
Oxunma sayı: 2670

Beyləqan rayonunda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, idarəetmədən çıxan “Mersedes” markalı minik maşını rayonun simvolik giriş qapısına çırpılıb.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü İsmayıllı sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü Yardımlı sakini Rzazadə Ülvi Üzeyir oğlu, və 1998-ci il təvəllüdlü Beyləqan sakini Mövlamov Sabir Rasım oğlu yaralanaraq Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Beyləqanda baş verən qəzada yaralananların vəziyyəti məlum olub.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib, onlardan üçü evə buraxılıb:

“18.05.2025-ci il saat 02:40 radələrində Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.  Xəsarət alan şəxslərdən 3 nəfəri  tibbi yardım olunduqdan sonra ambulator müalicə üçün evə buraxılıblar. 

2001-ci il təvəllüdlü şəxs isə ixtisaslı tibbi yardımın göstərilməsi üçün  Mərkəzi Hərbi Klinik Hospitala təxliyə olunub”.

Qeyd edək ki, qəzaya düşən şəxslər hərbçi olub.

Ziya Əmirxanlı