“Ən böyük problem uşaq və gənclər futbolu ilə bağlıdır”.
“Qafqazinfo” Report.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.
Qurum rəsmisi uşaq futbolundakı problemlərdən danışıb:
“Artıq texnologiyalar futbola da şamil edilir. Uşaq və gənclər futbolunda kamera və analiz tətbiq olunacaq. Yarışda stadionlara kamera quraşdırılacaq və analizlər aparılacaq. Turdan-tura baza yaranacaq. Bu da hər oyunçunun performansını ortaya qoyacaq.
Problemli mövzulardan biri odur ki, bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır. Bu datalar həqiqətən milliyə necə futbolçuların cəlb olunduğunu göstərəcək. Bu data bazası həm də Avropa və dünya skautlarına çıxış olacaq. Skautlar futbolçuları nəzarətdə saxlaya biləcək və vaxtı gələndə öz komandalarına cəlb edə biləcəklər. Bu, futbolumuzun inkişafı üçün bir təkan olacaq”.
Son xəbərlər
Son Xəbərlər